Сообщения

Сообщения за 2017

Müəllif: Gülzarə Hüseynova - NİGARANAM

Изображение
Səndən elə nigaranam:  Yata bilmir gözlərim.  Əllərim də buz olub, Taqətsizdir dizlərim.  Səndən elə nigaranam: Ürəyim qopur yerindən.  Çırpınır dəniz kimi, Yaralanıb dərindən. 

Müəllif: Gülzarə Hüseynova - PAYIZDA YAZILAN ŞEİR

Изображение
Gecə olsun, yağsın yağış, Payız desin: "mən də varam".  Payıza yazdığım şeir Könül qırmaz, ümidvaram... Istəyirəm bircə sətir Söhbət açım yalnızlara. Danışım ürək sözümü Göydə yalnız ulduzlara. Açım pəncərəni tamam Külək əssin, nolacaq ki? Titrəsin bütün bədənim, Dilim əssin, nolacaq ki?

Müəllif: Gülzarə Hüseynova - Doğum Günün Mübarək

Изображение
Hava sərindir. Günəş batıb. Daha bir gün başa çatmaq üzrədir. Hər gün eyni şeylər təkrarlanır. Amma bu günün bircə fərqi var. Bitən bu gün sənin doğulduğun günə başlanğıc verir. Təqvim dəyişdi. Bir il də keçdi və yenə 12 avqust gəldi ömrümə. Yenə sənin doğum günündür. "Yenə" dedim, çünki hər doğum günün eyni keçir. Heç bir doğum günündə səninlə ola bilmədiyim kimi, bu doğum günündə yenə yanında ola bilməyəcəm. Qəribədir, bu şəhərdə onsuzda tez-tez sənin qoxuna rast gəlirdim. Amma bu gün o qoxunu daha çox hiss edirdim. Hara dönsəm, sənin qoxunu alırdım havadan. Bu şəhər, ümumiyyətlə bu həyat səni unutdurmur. Çox aylar keçib. Dəyişmir qəlbimdə heç nə. Dəyişə bilmir. Niyə?  Bilmirəm. Əslində...

Müəllif: Gülzarə Hüseynova - SEVDİYİMƏ

Изображение
Müəllif: Gülzarə Hüseynova Ağladım hönkür-hönkür, Şeir yazmaq istədim. Yaş axdıqca üzümdən, Uzaqlaşmaq istədim Həyatımdan, özümdən. Düşdüm özüm gözümdən, Çıxıb mən öz sözümdən. Yalnızlaşmaq istədim.

Müəllif: Gülzarə Hüseynova - TOXUNMA SAÇLARIMA!

Изображение
Ağlamaq istəyirəm, Gözüm həsrət yaşıma. Nəfsini saxla, qoca, Toxunma saçlarıma! Hər telimdə xatirə, Dəyər min bir ətirə. Qorx ki, ətrin itirə Toxunma saçlarıma... Söz deyərlər qanana! Girib qırdan qazana Tamah salma cavana. Toxunma saçlarıma!

Murat Bozdan Teaya verilən dəyər

Изображение
Almaniyada, Berlində yaşayan 13 yaşlı Tea adlı qızcığaz dirsək və çiynindən aldığı zədələrdən dolayı əməliyyat edilməli olub. Əməliyyat zamanı valideynləri həkimlərə qızın Murat Boz fanatı olduğunu bildirib və əməliyyat boyu onun mahnılarını səsləndirməklərini istəyiblər. Bir neçə saat davam edən əməliyyatda yalnız Murat Boz'un mahnılarını səsləndiriblər. Reanimasiyadan çıxan Tea'nın valideynləri 13 yaşlı qızcığaza Murat Boz'dan dəstək gözləyiblər və bir video ilə Tea'nı sevindirməsinə ümid ediblər. Murat Boz sosial şəbəkə və xəbər portallarında Tea haqqında paylaşılan xəbərləri nəzərə alaraq fanatına verdiyi dəyəri isbat edib və öz instagram səhifəsində Tea'ya ünvanlanmış video yayımlayıb. Videonun sonunda onun üçün "Adını bilen yazsın" mahnısını da ifa edib. Arzu edirəm ki, bütün sənətçilər öz fanatlarına belə dəyər versinlər. Gülzarə Hüseynova

Müəllif: Gülzarə Hüseynova - ŞƏKİL

Изображение
Gecə olduqca yada düşər xatirələr. Elədiyin səhvləri, ən böyük doğrularını, həyatının qaranlıq və hər kəsdən gizlətdiyin məqamlarını yada salıb ağlayarsan. Ən çox da eşqdən yanar canın. Məsələn, başını yastığa qoyub xəyallara qapılanda ən çox neçə nəfər ailəsini fikirləşir? Ən çox neçə nəfər sabahını fikirləşir? Düzdür, çoxları fikirləşir. Amma indi suallarımın quruluşunu dəyişim: Ən az neçə ürək eşqin xəyalından çırpınır? Cavab verirəm: milyonlarla. Çoxumuzun ağlını başından alan eşq deyilmi? Eşq bəladır. Eşqə düşmək - cəhənnəmə düşməkdir. Sübut edim? Sübut edirəm. Aşiqsən. Üzünü görməyə, səsini eşitməyə həsrətsən. İlk ağlına gələn nə olar? Şəklinə baxmaq - təbii ki, telefonunda şəklini saxlayırsansa. Alarsan o telefonu əlinə, baxarsan şəklinə. Əvvəlcə üzünə baxarsan, sonra hiss eləyərsən ki, o şəkil səninlə danışmağa başlayır. Gözlərində donar diqqətin. Danışarkən tərpənən dodaqlar olar, amma sənin həmsöhbətin şəkildirsə, burda danışan gözlər olar. Onlar sənə bildirər hər şey

Müəllif: Gülzarə Hüseynova - TALEYIN OYUNU

Bakı şəhəri, 2007-ci il. Tibb kollecinin sonuncu kurs tələbəsi olan Pərvanə bəzi qrup yoldaşlarının atmacalarından cana doymuşdu: -Sənin nə əcəb sevgilin yoxdur? -Danışdığın oğlan yoxdur sənin? Cana doymuşdu Pərvanə.  15-16 yaşlarında, gəncliyinin ən coşğun illərini sərbəst tələbəlik həyatı ilə keçirən bu qızların avam düşüncələri, özünə oğlan axtarmaq cəhdləri və belə qızların əhatəsində olmaq Pərvanəni yorurdu. Bəzən hətta qorxudurdu. Lakin Pərvanə özlüyündə şübhələrə düşmüşdü: "Bəlkə mən gözəl deyiləm? Bəlkə qızlar dediklərində haqlıdırlar, artıq 18 yaşımı tamamladım, niyə məni bəyənən yoxdur?" Əlbəttə, onu bəyənənlər var idi. Xüsusilə də digər qızlardan fərqləndiyinə görə. Onun hər şeydən vacib özünə olan hörməti, əxlaqı, yerişi, baxışı onun başqa qızlar kimi olmadığını bəlli edirdi. Elə ona görə də digər qızları bir xoş sözlə, bir baxışla ələ ala bilən oğlanlar, Pərvanə kimi bir qızı belə fəndlərlə ələ almağın mümkün olmadığını, Pərvanənin belə işlərdən uzaq o

Müəllif: Gülzarə Hüseynova - GECİKMİŞ ÜZR (şeir)

Изображение
Müəllif: Gulzare Huseynova Bir gün tənha gəzərkən Ürəyin arar onu Ətrinə rast gələrsən Gözlər axtarar onu. Ətrafına baxaraq Axtarar, amma tapmaz. Boylanar küçələrdə Ordan da xəbər olmaz.