Müəllif: Gülzarə Hüseynova - Doğum Günün Mübarək
Hava sərindir. Günəş batıb. Daha bir gün başa çatmaq üzrədir. Hər gün eyni şeylər təkrarlanır. Amma bu günün bircə fərqi var. Bitən bu gün sənin doğulduğun günə başlanğıc verir.
Təqvim dəyişdi. Bir il də keçdi və yenə 12 avqust gəldi ömrümə. Yenə sənin doğum günündür. "Yenə" dedim, çünki hər doğum günün eyni keçir. Heç bir doğum günündə səninlə ola bilmədiyim kimi, bu doğum günündə yenə yanında ola bilməyəcəm.
Qəribədir, bu şəhərdə onsuzda tez-tez sənin qoxuna rast gəlirdim. Amma bu gün o qoxunu daha çox hiss edirdim. Hara dönsəm, sənin qoxunu alırdım havadan. Bu şəhər, ümumiyyətlə bu həyat səni unutdurmur.
Çox aylar keçib. Dəyişmir qəlbimdə heç nə. Dəyişə bilmir. Niyə? Bilmirəm.
Əslində...
Bir dəqiqə, "əslində" ilə başlayan cümlələr ürəkaçan olmur...
Yaxşı, bir az fərqli yazım: çox uzun zaman məsafəsi var aramızda. Aylar ötdükcə daha aydın fikirləşə bilirdim. Bəzən ağlımdan keçirirdim: görəsən, hər şey başqa cür ola bilərmi? Görəsən mən özümə qayıda bilərəmmi? Qayıda bilmirdim. Çox gülürdüm, çox əylənməyə çalışırdım. Alınmırdı. Hər axşam otağıma daxil olanda eyni hüzn bürüyürdü gözlərimi - hər axşam. Səni yaddan çıxaracam deyə-deyə özümü yaddan çıxarmışdım, amma sən elə qoyduğum yerdəydin. Şeir yazırdım, qəhrəmanı sən olan hekayələr uydururdum. Bütün sözlərim, bütün hisslərim sənə idi. Bəzən dəli hərəkətlər etmək keçirdi ağlımdan - intihar kimi. Bəzən cəhd edirdim. Bəzən də tam yaxınlaşdığım anda Allah hansısa bir üsulla qarşısını alırdı. Allah qoymurdu. Allah qoruyurdu. Yalan deyil ki, bacarmırdım. Çox şeyi bacarmadığım kimi bunu da bacarmırdım. Məsələn, doğum günündə yanında olmaq - çox sadə olsa da bunu heç vaxt bacarmadım. Bu dəfə də bacarmayacam. Indi soruşacaqsan ki, "sən bu həyatda nə bacarırsan?" Düzgün sualdır. Cavab da bəllidir: heç nə bacarmıram. Ya da, bacarıqlarımı göstərməyə fürsətim olmayıb. Onda mən niyə var olum səninçün? Qərarların düzgün olub elə isə.
Hal-hazırda radioda dinlədiyim mahnıda deyildiyi kimi: "Fərz et, səninlə heç tanış olmamışıq".
Ən böyük arzularımdan biri də sənə doğum günü hədiyyəsi vermək idi. Heç qismət olmadı. Əmin deyiləm, amma bəlkə bu dəfə bacararam. Bir hədiyyəm var: məsafə. Bu gün ilk dəfə sənə qarşı məsafə qoyuram. Bu gündən səni uzaqlaşdırıram. Bütün hisslərimi alıram səndən və özümə qaytarıram. Məhz bu gün sənə çoxdan layiq olduğun hədiyyəni verirəm: mənsizliyi. Bununla təbrik edirəm səni. Yoluma çıxmamağın diləyi ilə söndür şamları. Doğum günün mübarək...

Комментарии
Отправить комментарий