Müəllif: Gülzarə Hüseynova - NİGARANAM

Səndən elə nigaranam: 
Yata bilmir gözlərim. 
Əllərim də buz olub,
Taqətsizdir dizlərim. 

Səndən elə nigaranam:
Ürəyim qopur yerindən. 
Çırpınır dəniz kimi,
Yaralanıb dərindən. 

Səndən elə nigaranam;
Səni elə istəyirəm... 
Səsinə ehtiyacım var,
Bircə xəbər gözləyirəm. 

Nə desən eləyərəm,
Təki sən yanımda qal!
Əllərimi isitdikcə
Bu şeiri yadına sal... 

12.12.2017 (04:47) 
Gülzarə Hüseynova (Bakı) 



Комментарии

Популярные сообщения из этого блога