Müəllif: Gülzarə Hüseynova - PAYIZDA YAZILAN ŞEİR

Gecə olsun, yağsın yağış,
Payız desin: "mən də varam". 
Payıza yazdığım şeir
Könül qırmaz, ümidvaram...

Istəyirəm bircə sətir
Söhbət açım yalnızlara.
Danışım ürək sözümü
Göydə yalnız ulduzlara.


Açım pəncərəni tamam
Külək əssin, nolacaq ki?
Titrəsin bütün bədənim,
Dilim əssin, nolacaq ki?



Qorxutmur bu soyuq məni,
Bu soyuq başqa soyuqdur.
Məsələn, tənha yatağım
Məzardan daha soyuqdur.


Orda da yağır yağışlar,
Orda da dolular düşür.
Gözlərimdən axan yaşlar,
Daş olur, başıma düşür.


Həmin tənha yataqdayam,
Yastığım islanıb bütün.
Yadıma düşüb dərdlərim,
Yaman meylim çəkir tütün...


Bir də şərab istəyirəm:
İçib özümü itirərdim...
Yeni bir yağış yağsaydı,
Mən sözümü bitirərdim...


Bəhs etdiyim o yağışın
Şimşəyi də hıçqırıqdır.
Qurtuluş yoxdur ki, ondan,
Mənim çətirim qırıqdır...


Nəysə, burda saxlayıram,
Çox uzatmaq mənasızdır.
Şərab, tütün mənlik deyil,
Deməsinlər abrsızdır...


04/10/2017 
Gülzarə Hüseynova 

HƏR ŞEY YAŞANDI GETDİ: SEVGİ-FİLAN 



Комментарии

Популярные сообщения из этого блога