Murat Bozdan Teaya verilən dəyər

Almaniyada, Berlində yaşayan 13 yaşlı Tea adlı qızcığaz dirsək və çiynindən aldığı zədələrdən dolayı əməliyyat edilməli olub. Əməliyyat zamanı valideynləri həkimlərə qızın Murat Boz fanatı olduğunu bildirib və əməliyyat boyu onun mahnılarını səsləndirməklərini istəyiblər. Bir neçə saat davam edən əməliyyatda yalnız Murat Boz'un mahnılarını səsləndiriblər.
Reanimasiyadan çıxan Tea'nın valideynləri 13 yaşlı qızcığaza Murat Boz'dan dəstək gözləyiblər və bir video ilə Tea'nı sevindirməsinə ümid ediblər. Murat Boz sosial şəbəkə və xəbər portallarında Tea haqqında paylaşılan xəbərləri nəzərə alaraq fanatına verdiyi dəyəri isbat edib və öz instagram səhifəsində Tea'ya ünvanlanmış video yayımlayıb. Videonun sonunda onun üçün "Adını bilen yazsın" mahnısını da ifa edib.

Arzu edirəm ki, bütün sənətçilər öz fanatlarına belə dəyər versinlər.

Gülzarə Hüseynova

Комментарии

Популярные сообщения из этого блога