Səndən elə nigaranam: Yata bilmir gözlərim. Əllərim də buz olub, Taqətsizdir dizlərim. Səndən elə nigaranam: Ürəyim qopur yerindən. Çırpınır dəniz kimi, Yaralanıb dərindən.
Müəllif: Gülzarə Hüseynova Ağladım hönkür-hönkür, Şeir yazmaq istədim. Yaş axdıqca üzümdən, Uzaqlaşmaq istədim Həyatımdan, özümdən. Düşdüm özüm gözümdən, Çıxıb mən öz sözümdən. Yalnızlaşmaq istədim.
Müəllif: Gulzare Huseynova Bir gün tənha gəzərkən Ürəyin arar onu Ətrinə rast gələrsən Gözlər axtarar onu. Ətrafına baxaraq Axtarar, amma tapmaz. Boylanar küçələrdə Ordan da xəbər olmaz.
Комментарии
Отправить комментарий