Сообщения

Показаны сообщения с ярлыком "com"

Müəllif: Gülzarə Hüseynova - ŞƏKİL

Изображение
Gecə olduqca yada düşər xatirələr. Elədiyin səhvləri, ən böyük doğrularını, həyatının qaranlıq və hər kəsdən gizlətdiyin məqamlarını yada salıb ağlayarsan. Ən çox da eşqdən yanar canın. Məsələn, başını yastığa qoyub xəyallara qapılanda ən çox neçə nəfər ailəsini fikirləşir? Ən çox neçə nəfər sabahını fikirləşir? Düzdür, çoxları fikirləşir. Amma indi suallarımın quruluşunu dəyişim: Ən az neçə ürək eşqin xəyalından çırpınır? Cavab verirəm: milyonlarla. Çoxumuzun ağlını başından alan eşq deyilmi? Eşq bəladır. Eşqə düşmək - cəhənnəmə düşməkdir. Sübut edim? Sübut edirəm. Aşiqsən. Üzünü görməyə, səsini eşitməyə həsrətsən. İlk ağlına gələn nə olar? Şəklinə baxmaq - təbii ki, telefonunda şəklini saxlayırsansa. Alarsan o telefonu əlinə, baxarsan şəklinə. Əvvəlcə üzünə baxarsan, sonra hiss eləyərsən ki, o şəkil səninlə danışmağa başlayır. Gözlərində donar diqqətin. Danışarkən tərpənən dodaqlar olar, amma sənin həmsöhbətin şəkildirsə, burda danışan gözlər olar. Onlar sənə bildirər hər şey...

Müəllif: Gülzarə Hüseynova - TALEYIN OYUNU

Bakı şəhəri, 2007-ci il. Tibb kollecinin sonuncu kurs tələbəsi olan Pərvanə bəzi qrup yoldaşlarının atmacalarından cana doymuşdu: -Sənin nə əcəb sevgilin yoxdur? -Danışdığın oğlan yoxdur sənin? Cana doymuşdu Pərvanə.  15-16 yaşlarında, gəncliyinin ən coşğun illərini sərbəst tələbəlik həyatı ilə keçirən bu qızların avam düşüncələri, özünə oğlan axtarmaq cəhdləri və belə qızların əhatəsində olmaq Pərvanəni yorurdu. Bəzən hətta qorxudurdu. Lakin Pərvanə özlüyündə şübhələrə düşmüşdü: "Bəlkə mən gözəl deyiləm? Bəlkə qızlar dediklərində haqlıdırlar, artıq 18 yaşımı tamamladım, niyə məni bəyənən yoxdur?" Əlbəttə, onu bəyənənlər var idi. Xüsusilə də digər qızlardan fərqləndiyinə görə. Onun hər şeydən vacib özünə olan hörməti, əxlaqı, yerişi, baxışı onun başqa qızlar kimi olmadığını bəlli edirdi. Elə ona görə də digər qızları bir xoş sözlə, bir baxışla ələ ala bilən oğlanlar, Pərvanə kimi bir qızı belə fəndlərlə ələ almağın mümkün olmadığını, Pərvanənin belə işlərdən uzaq o...