Müəllif: Gülzarə Hüseynova - ƏTİR (hekayə)

Bu gün son görüşə hazırlaşmışdı. Səhər tez oyanmış, duş qəbul etmiş, sevgilisinin ona ən çox yaraşdırdığı köynəyini geyinmişdi. Son görüşdə onun qəlbini qırmayacaq, onun istəklərini yerinə yetirəcəkdi. Birindən başqa: hər zaman vurduğu o ətirdən bu gün qətiyyən istifadə etməyəcəkdi.