Сообщения

GÜLZARƏ HÜSEYNOVA - "Gizli gəlişim"

Изображение
Yanına gələcəm səndən xəbərsiz; Öpəcəm gözündən, üzündən səni. Baxmayıb ətrafda baş verənlərə Alıb qoparacam özündən səni... Təəccüb içində qalıb bir anlıq Donacaqsan elə olduğun yerdə. Çökəcək hər yerə qatı qaranlıq, Bir günəş doğacaq durduğun yerdə...

Müəllif: Gülzarə Hüseynova - NİGARANAM

Изображение
Səndən elə nigaranam:  Yata bilmir gözlərim.  Əllərim də buz olub, Taqətsizdir dizlərim.  Səndən elə nigaranam: Ürəyim qopur yerindən.  Çırpınır dəniz kimi, Yaralanıb dərindən. 

Müəllif: Gülzarə Hüseynova - PAYIZDA YAZILAN ŞEİR

Изображение
Gecə olsun, yağsın yağış, Payız desin: "mən də varam".  Payıza yazdığım şeir Könül qırmaz, ümidvaram... Istəyirəm bircə sətir Söhbət açım yalnızlara. Danışım ürək sözümü Göydə yalnız ulduzlara. Açım pəncərəni tamam Külək əssin, nolacaq ki? Titrəsin bütün bədənim, Dilim əssin, nolacaq ki?

Müəllif: Gülzarə Hüseynova - Doğum Günün Mübarək

Изображение
Hava sərindir. Günəş batıb. Daha bir gün başa çatmaq üzrədir. Hər gün eyni şeylər təkrarlanır. Amma bu günün bircə fərqi var. Bitən bu gün sənin doğulduğun günə başlanğıc verir. Təqvim dəyişdi. Bir il də keçdi və yenə 12 avqust gəldi ömrümə. Yenə sənin doğum günündür. "Yenə" dedim, çünki hər doğum günün eyni keçir. Heç bir doğum günündə səninlə ola bilmədiyim kimi, bu doğum günündə yenə yanında ola bilməyəcəm. Qəribədir, bu şəhərdə onsuzda tez-tez sənin qoxuna rast gəlirdim. Amma bu gün o qoxunu daha çox hiss edirdim. Hara dönsəm, sənin qoxunu alırdım havadan. Bu şəhər, ümumiyyətlə bu həyat səni unutdurmur. Çox aylar keçib. Dəyişmir qəlbimdə heç nə. Dəyişə bilmir. Niyə?  Bilmirəm. Əslində...

Müəllif: Gülzarə Hüseynova - SEVDİYİMƏ

Изображение
Müəllif: Gülzarə Hüseynova Ağladım hönkür-hönkür, Şeir yazmaq istədim. Yaş axdıqca üzümdən, Uzaqlaşmaq istədim Həyatımdan, özümdən. Düşdüm özüm gözümdən, Çıxıb mən öz sözümdən. Yalnızlaşmaq istədim.

Müəllif: Gülzarə Hüseynova - TOXUNMA SAÇLARIMA!

Изображение
Ağlamaq istəyirəm, Gözüm həsrət yaşıma. Nəfsini saxla, qoca, Toxunma saçlarıma! Hər telimdə xatirə, Dəyər min bir ətirə. Qorx ki, ətrin itirə Toxunma saçlarıma... Söz deyərlər qanana! Girib qırdan qazana Tamah salma cavana. Toxunma saçlarıma!

Murat Bozdan Teaya verilən dəyər

Изображение
Almaniyada, Berlində yaşayan 13 yaşlı Tea adlı qızcığaz dirsək və çiynindən aldığı zədələrdən dolayı əməliyyat edilməli olub. Əməliyyat zamanı valideynləri həkimlərə qızın Murat Boz fanatı olduğunu bildirib və əməliyyat boyu onun mahnılarını səsləndirməklərini istəyiblər. Bir neçə saat davam edən əməliyyatda yalnız Murat Boz'un mahnılarını səsləndiriblər. Reanimasiyadan çıxan Tea'nın valideynləri 13 yaşlı qızcığaza Murat Boz'dan dəstək gözləyiblər və bir video ilə Tea'nı sevindirməsinə ümid ediblər. Murat Boz sosial şəbəkə və xəbər portallarında Tea haqqında paylaşılan xəbərləri nəzərə alaraq fanatına verdiyi dəyəri isbat edib və öz instagram səhifəsində Tea'ya ünvanlanmış video yayımlayıb. Videonun sonunda onun üçün "Adını bilen yazsın" mahnısını da ifa edib. Arzu edirəm ki, bütün sənətçilər öz fanatlarına belə dəyər versinlər. Gülzarə Hüseynova