GÜLZARƏ HÜSEYNOVA - "Gizli gəlişim"



Yanına gələcəm səndən xəbərsiz;
Öpəcəm gözündən, üzündən səni.
Baxmayıb ətrafda baş verənlərə
Alıb qoparacam özündən səni...

Təəccüb içində qalıb bir anlıq
Donacaqsan elə olduğun yerdə.
Çökəcək hər yerə qatı qaranlıq,
Bir günəş doğacaq durduğun yerdə...



O günəş isidib saracaq səni,
Həyatdan alacaq, udacaq səni.
Nurunu verəcək son zərrəsincə
Sevib ağuşuna alacaq səni...

Mən həmin o günəş, həmin işığam
Büsbütün alacam səni özündən.
Əlindən tutacam, əzizləyəcəm,
Həm də çıxmayacam heç bir sözündən...

Böyüdüb qəlbimdə olan yerini,
Mən səni hamıdan əziz bilmişəm.
Bu şeiri həsr edib sənin adına,
Qəlbimdən çoxunun adın silmişəm.

Gəl, tutum əlindən, qalım yanında
İsidim səni də öz istimlə mən.
Son sözü yenə də deyirəm sənə,
Mən səni hər şeydən uca sevirəm...

01.05.2018 Bakı, Azərbaycan...


Комментарии

Популярные сообщения из этого блога