GÜLZARƏ HÜSEYNOVA - "Gizli gəlişim"
Yanına gələcəm səndən xəbərsiz; Öpəcəm gözündən, üzündən səni. Baxmayıb ətrafda baş verənlərə Alıb qoparacam özündən səni... Təəccüb içində qalıb bir anlıq Donacaqsan elə olduğun yerdə. Çökəcək hər yerə qatı qaranlıq, Bir günəş doğacaq durduğun yerdə...