Müəllif: Gülzarə Hüseynova - SEVDİYİMƏ
Müəllif: Gülzarə Hüseynova
Ağladım hönkür-hönkür,
Şeir yazmaq istədim.
Yaş axdıqca üzümdən,
Uzaqlaşmaq istədim
Həyatımdan, özümdən.
Düşdüm özüm gözümdən,
Çıxıb mən öz sözümdən.
Yalnızlaşmaq istədim.
Dedim, bəlkə bəs edər?
Unutsam, bitib gedər.
Amma gördüm, alınmır,
Vaxt itirirəm hədər.
Unutmaq olmayacaq.
Ürəyim almayacaq
Əvəzinə kimsəni.
Tərif edən tapılmaz
Yazdığım kimi səni.
Ay məni məndən alan,
Mənim "özüm" bildiyim,
Bu şeiri sənə yazdım.
Səninçündür, sevdiyim!
30.05.2017 (23:30) (Bakı)
Комментарии
Отправить комментарий