Müəllif: Gülzarə Hüseynova - TOXUNMA SAÇLARIMA!


Ağlamaq istəyirəm,
Gözüm həsrət yaşıma.
Nəfsini saxla, qoca,
Toxunma saçlarıma!
Hər telimdə xatirə,
Dəyər min bir ətirə.
Qorx ki, ətrin itirə
Toxunma saçlarıma...
Söz deyərlər qanana!
Girib qırdan qazana
Tamah salma cavana.
Toxunma saçlarıma!

Önünə keç nəfsinin,
Əlini qırram sənin!
Əl izi var sevgimin,
Toxunma saçlarıma.
Xumarlanma sözümdən,
Zəhləm getdi özümdən.
İtil mənim gözümdən,
Toxunma saçlarıma!
Müəllif: Hüseynova Gülzarə (17.04.2017)


Комментарии

Популярные сообщения из этого блога