Müəllif: Gülzarə Hüseynova - GECİKMİŞ ÜZR (şeir)

Müəllif: Gulzare Huseynova

Bir gün tənha gəzərkən
Ürəyin arar onu
Ətrinə rast gələrsən
Gözlər axtarar onu.

Ətrafına baxaraq
Axtarar, amma tapmaz.
Boylanar küçələrdə
Ordan da xəbər olmaz.


Həsrətilə kövrələr,
Dolar ala gözlərin.
Yada düşər könlünü
Qıran ağır sözləri.

Ağrıyaraq ürəyin
Yaş ötürər gözünə
Bəyaz, titrək əllərin
Sığınar ağ üzünə.

İncitdiyi günlər də
Gələr gözün önünə.
Yaşatmaz xatirələr
Hücum edər ömrünə.

Yumulanda gözlərin
Biri gələr yanına,
"Bağışla" deyər sənə
Yapışar qollarına. 

Və sən həmin andaca
Verib son nəfəsini
Arxayın get yuxuya:
Sevmədin özgəsini!
04-01-2017

Gulzare Huseynova

Комментарии

Популярные сообщения из этого блога